19 C
Baku
29 İyun 2025, 2:31
Kriminal

Qətl törətməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır

Tərtər rayon sakini 53 yaşlı Müşviq Orucovun qətli ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bugun.tv xəbər verir ki, ibtidai istintaqla Ərəstun  Orucovun mübahisə zamanı həmyaşıdı Müşviq Orucovu qəsdən öldürdüyü müəyyən olunub.

Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 30 sentyabr 2022-ci il tarixdə Ə.Orucov  təhqirə görə aralarında yaranmış mübahisə zamanı öz qohumu M.Orucovu qətlə yetirmişdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Terror aktı oldu: 21 ölü var

Bugün TV

Vüqar və Elnur Məmmədovlar həbs olundu

Nigar Məmmədova

İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu