25 C
Baku
27 İyul 2024, 4:20
Mədəniyyət

Paytaxtda “I Turan Kitab Festivalı” keçirilir-VİDEO

“Passaj-1901” sərgi salonunda “Çapar” yayınlarının, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilatçlığı, facemark.az saytının media dəstəyi ilə “I Turan Kitab Festivalı” başlayıb.

Bugun tv-yə məlumat verən Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıçın sözlərinə görə, festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edir. “Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyaların olduğu festival tədbirə qatılanların asudə vaxtının səmərəli keçirməsinə kömək edəcək”.

Yanvarın 15-ə kimi davam edəcək “I Turan Kitab Festivalı”nda kitab təqdimatları, imza və qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

Son zamanlar azərbaycanlı gənclər arasında Türkiyə tarixinə olan marağı nəzərə alan Bakı Yunus Əmrə İnstitutu türkiyəli yazıçı və tarixçi İlyas Topsakalı oxucularla görüşdürəcək. Festival çərçivəsində həyata keçirilən bu görüş yanvarın 13-də, saat 14:00-da olacaq.

“Türkiyənin tanınmış tarixçilərindən olan İlyas Topsakal universitet tələbələri ilə görüşərək gələcəyin tarixçilərinə tarixi araşdırmaların aparılması istiqamətləri, onları maraqlandıran suallarla bağlı məlumatlar verəcək” – deyə Səlçuk Karakılıç əlavə edib.

Bundan başqa İlyas Topsakalın imzalı kitabları da Yunus Əmrə İnstitutu tərəfindən oxuculara hədiyyə ediləcək.

Qeyd edək ki, “Passaj-1901” sərgi salonunda keçirilən festivala giriş sərbəstdir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Keçmiş kpop idealı meneceri tərəfindən qaçırılaraq təcavüzə məruz qaldı

Bugün TV

Bakıda VIII Beynəlxalq Kitab Sərgisi davam edir (FOTO)

Bugün TV

Nuri Alço səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu