10 C
Baku
4 Dekabr 2025, 3:04
Kriminal

Qətl törətməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır

Tərtər rayon sakini 53 yaşlı Müşviq Orucovun qətli ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bugun.tv xəbər verir ki, ibtidai istintaqla Ərəstun  Orucovun mübahisə zamanı həmyaşıdı Müşviq Orucovu qəsdən öldürdüyü müəyyən olunub.

Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 30 sentyabr 2022-ci il tarixdə Ə.Orucov  təhqirə görə aralarında yaranmış mübahisə zamanı öz qohumu M.Orucovu qətlə yetirmişdi.

Bugün TV

Oxşar xəbərlər

Narkotiklərin qanunsuz dövriyyəsinə və oğurluğa görə 18 nəfər saxlanıldı

Kəmalə Sultan

Paytaxtda yol qaydalarını pozan sürücülər saxlanıldı 

Kəmalə Sultan

Ferma və mağazadan oğurluq edən şəxslər saxlanıldı 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu