25 C
Baku
27 İyul 2024, 3:49
Baş xəbərHadisəKriminal

Qohumunun evindən oğurluq edən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxsin qohumunun evindən də oğurluq etdiyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – verilən məlumata görə, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat maddi ziyan vuran rayon sakini Elşad İbrahimov saxlanılıb.

İlkin dindirilmə zamanı E.İbrahimov törətdiyi oğurluq faktını etiraf edib. Onun ətrafında aparılan istintaq hərəkətləri zamanı sonuncunun rayon ərazisində yerləşən və qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurladığı və zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Toyuq dönəri yeyən 13 nəfər xəstəxanaya yerləşdirildi

Bugün TV

Rumıniya “Patriot” hava hücumundan müdafiə sistemi üçün 200 raket alacaq

İntizar Əmirova

Meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu