22 C
Baku
27 İyul 2025, 10:30
Baş xəbərİdman

Qran-Prinin müqavilə müddəti 2026-cı ilədək uzadıldı

Formula 1 Azərbaycan Qran-Prisinin 2-ci günü əlamətdar hadisələrlə yadda qalıb.

Bugun.tv xəbər verir ki, İdman təqviminə daha 3 il əlavə edilməklə, Azərbaycan Qran-Prisinin müqavilə müddəti 2026-cı ilədək uzadılıb.

Məlumata əsasən, mövsümün ilk sprint yarışına ev sahibliyi edən Azərbaycan Qran Prisini hazırda tribuna və əyləncə zonasında rekord sayda xarici azarkeşlə birgə 30 minə yaxın F1 həvəskarı izləyə bilir.

Güclü rəqabət şəraitində keçən bugünkü yarışda Serxio Peres, Şarl Lekler və Maks Ferstappen ilk üçlükdə yer alaraq, əsas yarışda pilotların sıralanma ardıcıllığını müəyyən edib.

Günün sonunda Azərbaycanda ilk dəfə baş tutan irimiqyaslı dron şou nümayiş etdirilib.

Həmçinin dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardwell Dənizkənarı Bulvar səhnəsində ifa edib.

Mənbə: Gənclər və İdman Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İdmançılarımız Çində vinq çun döyüş növləri üzrə yarışacaqlar

Bugün TV

Ov tüfəngi və narkotik vasitələr saxlayanlar aşkar edildi

Aynur Camal

Kanar adalarında mavi dəniz əjdahası panikası!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu