Image default
Baş xəbərSosial

Hərbi hissədə XTQ-in yaradılması günü qeyd olunub

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata əsasən, əvvəlcə hərbi hissədə ulu öndər Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət olunub, əklil və gül dəstələri qoyulub.

Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümü münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.

Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev çıxış edərək XTQ-nin yaranma tarixindən, keçdiyi döyüş yolundan və qarşıda duran vəzifələrdən danışıb. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

Tədbir zamanı xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən xüsusi təyinatlılar “Fəxri Fərman”, qiymətli hədiyyə və “növbəti rütbə” ilə təltif olunublar.

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümünə həsr olunan tədbir şəxsi heyətlə birlikdə tortun kəsilməsi ilə başa çatıb.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu