16 C
Baku
27 Aprel 2025, 3:39
Baş xəbərDigər

Qubada polisi məktəblilərlə görüşdü 

Bugun.tv xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 nömrəli tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, görüşdə çıxış edən RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Hüseyn Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov “ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Akademik Musiqili Teatrda “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq

Şükufə Ramizqızı

2027-ci ilə qədər elektikli avtomobillərin satışı ucuzlaşacaq

Kəmalə Sultan

İsmayıllı Rayon İcra Hakimiyyəti Xocalı şəhidlərini ziyarət ediblər

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu