İraqdakı qum fırtınası həyata mənfi təsir göstərib.
İraq qum fırtınası ilə mübarizə aparır
Ölkənin Ərbil şəhərinə təsir edən qum fırtınası səbəbi ilə trafikdə olan avtomobillər görmə qabiliyyətinin azalması nəticəsində hərəkət etməkdə çətinlik çəkiblər.
Həmçinin çox sayda insanı xəstəxanaya yerləşdiriblər. Kərkük Sağlamlıq Müdirliyindən verilən açıqlamada, şiddətli qum fırtınası səbəbindən şəhərdə onlarla insanın nəfəs darlığı yaşadığı bildirilib. Qum fırtınası nəticəsində yaranan tənəffüs problemlərinə görə 400-ə yaxın adam müalicə üçün xəstəxanalara aparılıb. Səlahiyyətlilər vətəndaşları, xüsusən də tənəffüs xəstəlikləri olanları evdə qalmağa çağırıb.
Səlahəddin şəhərinin Tuzhurmatu rayonundakı Serha keçid məntəqəsi yaxınlığında qum fırtınası nəticəsində baş verən yol qəzasında eyni ailədən 4 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Səlahiyyətlilər, qəzanın fırtına səbəbiylə görmə məsafəsinin sıfıra enməsi nəticəsində iki avtomobilin toqquşması nəticəsində baş verdiyini bildirib.
Mənbə: TgrtHaber