Baş xəbər

“Qurban bayramı birlik, mərhəmət və paylaşma ənənəsinin təcəssümüdür”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Qurban bayramı münasibətilə sosial media hesabında paylaşım edib.

Deputat paylaşımında bildirib ki, Qurban bayramı müsəlman dünyasında böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunan ən mühüm dini bayramlardan biridir. O qeyd edib ki, İslamda iki əsas bayram – Ramazan və Qurban bayramları mövcuddur və bu bayramlar insanlar arasında birlik, həmrəylik və qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edir.

Ceyhun Məmmədov vurğulayıb ki, Qurban bayramının əsas məqsədlərindən biri imkansız insanlara sevinc bəxş etmək, onların cəmiyyətin ayrılmaz hissəsi olduğunu hiss etdirməkdir. Onun sözlərinə görə, bayram yalnız ailə daxilində qeyd olunmamalı, qohumlar, qonşular və ehtiyacı olan insanlarla paylaşılmalıdır.

Deputat İslam ənənələrinə görə qurban payının üç hissəyə bölünməsinin vacibliyini də xatırladıb. Bildirilib ki, payın bir hissəsi qohumlara, bir hissəsi qonşulara verilməli, digər hissəsi isə ailə üçün saxlanmalıdır.

Paylaşımda Qurban bayramının tarixi və dini fəlsəfəsinə də toxunulub. Ceyhun Məmmədov qeyd edib ki, bayramın əsasında İbrahim peyğəmbərin Allaha sədaqəti və itaəti dayanır. Allahın əmrinə uyğun olaraq oğlu İsmayılı qurban verməyə hazırlaşan İbrahim peyğəmbərə son anda qurbanlıq göndərilməsi bu bayramın əsas mahiyyətini təşkil edir.

Deputat əlavə edib ki, Azərbaycanda Qurban bayramı hər il yüksək səviyyədə qeyd olunur və bu, ölkədə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının göstəricisidir.

Sonda Ceyhun Məmmədov xalqı Qurban bayramı münasibətilə təbrik edib, edilən duaların və kəsilən qurbanların Allah dərgahında qəbul olunmasını arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərə bilər”

Aynur Camal

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Aynur Camal

Türkiyə geosiyasi gücünü artırır, daxili siyasi balans dəyişir – ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu