35 C
Baku
20 İyul 2025, 11:30
İdman

Qurban Qurbanov “İlin məşqçisi” seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2022-cı ilin idman laureatlarının adlarını açıqlayıb.

Bu barədə Bugun.tv-yə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, bildirib ki, Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov ilin baş məşqçiləri elan ediliblər.

Həmçinin ilin klubu “Qarabağ”, futbolçusu Ramil Şeydayev (“Qarabağ”), gənc futbolçusu Musa Qurbanlı (“Qarabağ”), legioneri Renat Dadaşov (“Qrasshopper”), əcnəbi futbolçusu Kadi Malinovski Borges (“Qarabağ”) seçiliblər.

Qarabağ”ın direktoru Emrah Çelikel ilin futbol adamı adına layiq görülüb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Millimizin daha 2 üzvü yarımfinala vəsiqə qazanıb

Aynur Camal

Nəqliyyat hərəkətinə məhdudiyyətlər aradan qaldırıldı

Kəmalə Sultan

“Barselona” məhkum futbolçu Alveşi əfsanə statusundan məhrum etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu