Baş xəbər

Qurban Yetirmişli: “Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şaiyədir”

“Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar”.

Bugun.tv xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox – 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur”, – Q.Yetirmişli qeyd edib.

“İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxriibata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yazsınlar. Qorxulu heçnə yoxdur”, – Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vurğulayıb.

Mənbə:Report

Teymur Əziz

Oxşar xəbərlər

Qazaxıstanın müstəqilliyinin ildönümü: Tokayevdən mənalı mesaj

Aynur Camal

“ChatGPT” sınaqlar zamanı təzyiq altında yalan söylədi

İntizar Əmirova

Bayram namazı qılındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu