Baş xəbər

TƏBİB gücləndirilmiş iş rejiminə keçdi!

Bugun.tv xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən, Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.

Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bugün TV

Oxşar xəbərlər

“ABŞ İranla dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər”

Aynur Camal

258 milyon manat Naxçıvanda hansı layihələrə xərclənəcək?

Aynur Camal

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu