5 C
Baku
15 Dekabr 2025, 3:34
Baş xəbərSosial

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Bugun.tv-yə Müdafiə Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

Birincilik uğrunda 24 hərbi qulluqçu 8 komanda üzrə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə güclərini sınayıblar.

Yarışın nəticəsinə əsasən, “Hadrut”, “Bərdə” və “Kəlbəcər” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblər cari ilin aprel ayında Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.

Aynur Camal

Oxşar xəbərlər

Misirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırıldı

Kəmalə Sultan

Yaponiyadakı zəlzələ bölgəsində 51 nəfər hələ də itkindir

Bugün TV

53 qeyri-qanuni köçmən tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu