24 C
Baku
18 Aprel 2024, 14:45
Baş xəbərDünya

Ukrayna “Oniks”in səsdən sürətli qanadlı raketlərini vura bilmir

Ukrayna “Oniks”in səsdən sürətli qanadlı raketlərini vura bilmir.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat müsahibəsində bildirib ki, Ukrayna silahlı qüvvələri Rusiyaya məxsus “İskəndər-M”, “S-300” hava hücumundan müdafiə raketləri və “Smerç” raketlərini, hətta hipersəsli “Kinjal” və “X-22” raketləri kimi ballistik raketləri vura bilmir:

“Həmçinin, təəssüf ki, “Smerç” kimi çoxsaylı buraxılış raket sistemləri tərəfindən atılan raketləri tutmaq imkanımız yoxdur. Bütün bu raketlər ballistik trayektoriya üzrə sürətlə uçur və mahiyyət etibarilə böyük sürətlə hədəfə çırpılır. Artıq düşən bir şeyi vurmaq üçün xüsusi hava hücumundan müdafiə raket sistemləri lazımdır.”- deyə o, davam edib.

Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemi yalnız avadanlığının texniki xüsusiyyətləri olan raketlərə qarşı dura bilər.

“Washington Post”un yazdığına görə, Rusiyanın Ukraynada “Kinjal” hipersəs raketlərindən istifadə etməsi göstərdi ki, ABŞ və onun müttəfiqləri hətta qabaqcıl raketdən müdafiə sistemləri ilə belə, qarşısını almaq çətin olan oxşar silahlara malik deyillər. Bəzi rus və qərb ekspertlərinin fikrincə, hətta qabaqcıl hava hücumundan müdafiə sistemlərinin də Rusiyanın ən son sistemi tərəfindən atılan raketi vura biləcəyinə zəmanət yoxdur.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Türkiyənin İskenderun limanında konteynerlərdə yanğın davam edir

Nigar Məmmədova

Sabunçu polisi əməliyyat keçirtdi

Nigar Məmmədova

“Seçkilərdə Trampla Bayden tərəfdarları arasında ciddi toqquşmalar olacaq”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu