Baş xəbərDünya

Qütb ayıları təhlükə altındadır: Buzlaqlar əridikcə daha da xəstələnirlər

Arktika istiləşməyə davam etdikcə, bölgədə yaşayan ən əhəmiyyətli növlərdən biri olan qütb ayıları üçün virus və bakteriyalara yoluxma riski artır. Tədqiqatlar göstərir ki, dünyada cəmi 26 min qütb ayısı qalıb və növlərin nəsli kəsilməkdə olanlar getdikcə azalır. Alimlər Alyaska ilə Rusiya arasındakı Çukçi dənizi bölgəsində qütb ayılarından götürülmüş qan nümunələrini tədqiq ediblər. Tədqiqatçılar bildiriblər ki, qan nümunələri ayıların virus və ya bakteriya ilə yoluxduğuna dair sübutlar aşkar edib.

ABŞ Geoloji Tədqiqat Xidmətindən Vəhşi Təbiət Bioloqu Dr. Karyn Rode, araşdırmanın Arktika ekosistemində nəyinsə dəyişdiyini göstərdiyini söyləyib. Dr. Rode, araşdırmanın “iqlim böhranının təsiri ilə dəniz buzlarının əriməsinin artdığı son otuz ili əhatə etdiyini” ifadə edib. Ayıların ümumiyyətlə xəstəliklərə qarşı kifayət qədər davamlı olduğunu ifadə edən Rode, “Ayıların belə vəziyyətlərdən təsirlənməsi çox nadirdir. Lakin araşdırmalarımız göstərir ki, Arktikada ekosistem mənfi istiqamətdə dəyişir”- deyə vurğulayıb.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Son illər insanlarda idrak göstəriciləri həqiqətən də azalıb?

Aynur Camal

Tramp Çinə qarşı rəqabət üçün günəş enerjisi və çip sənayesinə yeni ticarət tədbirləri açıqladı

Aynur Camal

Avropa meşə yanğınlarına qarşı yeni nəsil yanğınsöndürən təyyarələr hazırlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu