Dünya

Tramp Çinə qarşı rəqabət üçün günəş enerjisi və çip sənayesinə yeni ticarət tədbirləri açıqladı

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin günəş enerjisi və yarımkeçirici (çip) sənayesini gücləndirmək məqsədilə polisilikon məhsullarına yeni ticarət məhdudiyyətləri tətbiq edib.

Ağ Evin yaydığı məlumata görə, 1962-ci il Ticarətin Genişləndirilməsi Aktının 232-ci maddəsi əsasında qəbul edilən qərara əsasən, polisilikon və ondan hazırlanan məhsullar üçün minimum idxal qiymətləri müəyyən edilib, eyni zamanda bu məhsullara 15 faiz gömrük rüsumu tətbiq olunacaq. Yeni qaydalar 4 dekabr 2026-cı il tarixindən qüvvəyə minəcək.

Qeyd olunub ki, bu addım ABŞ-ın süni intellekt, enerji və milli təhlükəsizlik sahələrində Çindən asılılığını azaltmaq, həmçinin yerli istehsalı artırmaq məqsədi daşıyır.

Polisilikon günəş panelləri və yarımkeçiricilərin istehsalında əsas xammal hesab olunur. ABŞ-da fəaliyyət göstərən günəş enerjisi şirkətləri uzun illərdir Çin istehsalçılarını bazarda qiymətləri süni şəkildə aşağı salmaqda və dövlət subsidiyalarından istifadə etməklə haqsız rəqabət yaratmaqda ittiham edirlər.

Yeni qərar ABŞ-da fəaliyyət göstərən First Solar, QcellsT1 Energy kimi şirkətlər tərəfindən müsbət qarşılanıb. Ağ Ev həmçinin polisilikon və onun törəmə məhsullarının istehsalına sərmayə qoyacaq şirkətlər üçün xüsusi təşviq proqramının hazırlanacağını açıqlayıb.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Son illər insanlarda idrak göstəriciləri həqiqətən də azalıb?

Aynur Camal

Avropa meşə yanğınlarına qarşı yeni nəsil yanğınsöndürən təyyarələr hazırlayır

Aynur Camal

Mitch McConnell xəstəxanadan evə buraxıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu