Digər

Rəcəb Tayyib Ərdoğan Donald Trump ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Məlumata görə, tərəflər regionda baş verən son hadisələri, xüsusilə də İran ətrafında elan olunan atəşkəsi müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edərək bildirib ki, son 40 gündə dünya üçün olduqca çətin keçən prosesdən sonra yaranan iki həftəlik fürsət pəncərəsi qalıcı sülh üçün düzgün qiymətləndirilməlidir.

Türkiyə lideri vurğulayıb ki, bu prosesin pozulmasına imkan verilməməli və diplomatik səylər davam etdirilməlidir.

Ərdoğan, həmçinin Pakistan başda olmaqla dost və qardaş ölkələrlə birgə aparılan vasitəçilik təşəbbüslərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini qeyd edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazından keçid ödənişli oldu: İran kripto ilə ödənişi də qəbul edir

Aynur Camal

Tramp Niksonun “dəli nəzəriyyəsi”ni tətbiq edir: İran siyasətində riskli strategiya

Aynur Camal

“Qaranlıq duş” trendi yayılır: yatmazdan əvvəl yeni vərdiş populyarlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu