Digər

Rəcəb Tayyib Ərdoğan Donald Trump ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Məlumata görə, tərəflər regionda baş verən son hadisələri, xüsusilə də İran ətrafında elan olunan atəşkəsi müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan atəşkəsdən məmnunluğunu ifadə edərək bildirib ki, son 40 gündə dünya üçün olduqca çətin keçən prosesdən sonra yaranan iki həftəlik fürsət pəncərəsi qalıcı sülh üçün düzgün qiymətləndirilməlidir.

Türkiyə lideri vurğulayıb ki, bu prosesin pozulmasına imkan verilməməli və diplomatik səylər davam etdirilməlidir.

Ərdoğan, həmçinin Pakistan başda olmaqla dost və qardaş ölkələrlə birgə aparılan vasitəçilik təşəbbüslərinə Türkiyənin dəstəyinin artaraq davam edəcəyini qeyd edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu