Baş xəbərSiyasət

“Rəsmi Tehran anlamaq istəmir ki, Azərbaycanın İslam dünyası ilə qardaşlıq münasibətlərinə heç bir şəkildə təsir edə bilməz”- Deputatın “Fələstin kartı” AÇIQLAMASI

“Bakıya qarşı “Fələstin kartı”ndan istifadə edilməsi və İranın Azərbaycanın İslam dünyası dövlətləri ilə münasibətlərinə xələl gətirmək cəhdi Tehran rejiminin siyasi riyakarlığından başqa bir şey deyil”.

Bugun.tv-yə bu sözləri Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvi Arzu Nağıyev deyib. O, İran KİV-də Azərbaycan Respublikasının Qüdsün işğalçısı rejimində səfirliyin açılmasının tənqid edilməsi ilə bağlı məsələyə münasibət bildirib. “Öncə onu qeyd etmək istəyirəm ki, sözügedən bəyanat nə dini dəyərlərə, nə siyasi motivlərə,nə də qonşuluq siyasətinə uyğun gəlir. Burada əsas məqsəd islam dünyası ilə Azərbaycan arasına  nifaq salmaq, Fələstin xalqını misal gətirməklə Azərbaycanı İsrail və Fələstin münaqişəsində tərəf kimi göstərməkdir”.

Deputat əlavə edib ki, Azərbaycanın otuz ilə yaxın işğal altında qalmış ərazilərindəki məscidlər və digər dini abidələr erməni vandalizminə məruz qaldı. Ancaq İran bu müddət ərzində islama qarşı olan bu təhqiredici hərəkətlərlə bağlı heç bir bəyanat vermədi. İndi isə İran Azərbaycanın İsraildə səfirliyini açmasını kinli şəkildə “İslam həmrəyliyinin pozulması” kimi təqdim edir.

“Bütün dünya bilir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu illər ərzində Azərbaycan müsəlman dünyasının məsələləri üzrə ardıcıl olaraq ədalətli mövqe tutaraq, İslam həmrəyliyini sözdə və bəyanatda deyil, əməldə dəstəkləyib və gücləndirib. Rəsmi Tehran anlamaq istəmir ki, parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın İslam dünyası ilə uzunmüddətli, qardaşlıq münasibətlərinə heç bir şəkildə təsir edə bilməz. Bu gün İslam dünyasında ixtilaf yaradan əsas qüvvə məhz İrandır. Məram və məqsəd isə birdir – Yaxın Şərqdə siyasi və hərbi təsir planlarını həyata keçirmək. Bu istiqamətədə isə Azərbaycandan vasitə kimi istifadə etmək mümkün olmayacaq”,- Arzu Nağıyev bildirib.

Müxbir: Aynur Ruslan

Bugün TV

Oxşar xəbərlər

Alimlər ən uzaq qalaktikada nəyi kəşf etdilər?

Kəmalə Sultan

Narkotik alverçisi həbs olundu

Teymur Əziz

Millimiz rekorda imza atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu