25 C
Baku
27 İyul 2024, 4:12
Siyasət

“Ermənilər Azərbaycanın haqlı tələblərinin heç birini icra etməyiblər”

R.Məmmədli: “Son vaxtlar Qarabağda ermənilərin fəallaşması separatçı ünsürlərin Ermənistanın və xarici qüvvələrin dəstəyi ilə hərbi və həmçinin siyasi ritorikadan çıxış edən addımları, bundan başqa Qarabağ ərazisində rus sülhməramlılarının nəzarəti altında olan bölgədə Azərbaycana aid olan faydalı qazıntıların istismarı Laçın dəhlizi ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Bugun.tv-yə müsahibə verən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycanın haqlı tələblərinin icra olunmaması vəziyyəti gərginləşdirir. “Bundan başqa Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması da bölgədə yeni hərbi qarşıdurma riskini daha da artırıb, bu da ermənilər üçün “nəfəslik” olan Azərbaycanın Laçın dəhlizinə nəzarət sisteminin həyata keçirilməsi məsələsini diqtə edir. Belə olan təqdirdə Azərbaycan haqlı tələblər irəli sürmək məcburiyyətində qalıb. Təəssüf ki, ötən bu dövr ərzində Qarabağdakı ermənilər bizim haqlı tələblərimizin heç birini icra etməyiblər”.

Hərbi ekspert onu da əlavə edib ki, vəziyyətin yumşalması üçün heç bir addım atılmır.Azərbaycan hökumətinin nümayəndələrinin bir neçə gün bundan əvvəl Xankəndinə və Xocalıya səfər etməsi və onların rus sülhməramlıları tərəfindən əraziyə buraxılmaması, həmçinin erməni separatçılarının məsələyə qeyri-adekvat reaksiyası da proseslərin getdikcə dərinləşəcəyindən xəbər verir. “Bu gün Azərbaycan ictimaiyyətinin bir qrup nümayəndəsi Şuşa – Xankəndi yolunda etiraz aksiyası keçirir. Tələb edirlər ki, ermənilər Azərbaycan ərazisində yaşadıqlarını nəzərə alsınlar və separatizmi kənara qoyaraq, Azərbaycan hökumətinin nümayəndələrinin ərazidə zəruri missiyanı həyata keçirilməsinə imkan yaratsınlar.Düşünürəm ki, bu dəfə də ermənilər qeyri-adekvat addım atacaqlar və Azərbaycanın həmin ərazilərdə yoxlama aparmasına şərait yaratmayacaqlar. Əgər yaratsalar da belə bu prosesin davam etdirilməsinə imkan verməyəcəklər. Buna görə də hesab edirəm ki, Azərbaycan Laçın rayonu ərazisində beynəlxalq qanunları və öz qanunlarını əsas götürərək nəzarət funksiyasını icra etməlidir. DSX-nın sərhəd keçid məntəqələri formalaşmalı, həmin Laçın dəhlizində DİN daxili qoşunları, PPX heyəti o ərazilərdə xidmət aparmalıdır”.

Ramil Məmmədlinin sözlərinə görə, ümumilikdə, Qarabağdakı erməni separatçılarının yenidən silahlanması, onların kənar qüvvələr tərəfindən bu şəkildə stimullaşdırılmasının qarşısını almaq üçün Azərbaycan dövləti siyasi iradə nümayiş etdirməlidir. “Əks halda Qarabağdakı ermənilər və həmçinin, Ermənistan bütün istiqamətlərdə separatçı niyyətlərindən çəkinməyərək, vəziyyətin daha da gərginləşməsinə səbəb olacaqlar”.

Oxşar xəbərlər

E.Mirzəbəyli: “Cənab Prezidentin Ankarada səsləndirdiyi fikirlər türk dünyasının gələcəyinə böyük ümidlər verir”

Bugün TV

“Amerikalıların dollarına dayanan dünya sistemi çökür”

Kəmalə Sultan

İsraildə Azərbaycan səfirliyi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu