17 C
Baku
10 İyun 2025, 9:17
Siyasət

R.Məmmədli: “3-cü dünya müharibəsi başlayıb, sadəcə hibrid formasındadır”

 3-cü dünya müharibəsi ola bilərmi?

 Bugun.tv hərbi ekspert Ramil Məmmədlinin özəl açıqlamasını təqdim edir:

“2014-cü ildən başlayaraq, dünyada münasibətlər forması dəyişdi. Rusiyanın Ukraynaya müdaxiləsindən – Luqansk, Donetsk və Kırımın işğalından sonra bu daha çox aydın oldu. Yenə də 1950-ci illərdə olduğu kimi,  dünya iki hissəyə bölündü. Bir tərəfdə ABŞ və onun başçılıq etdiyi qərb ölkələri, digər tərəfdə isə Rusiya və ona müttəfiq olan dövlətlər. 2022-ci ilin fevral ayından – Rusiyanın Ukraynaya irimiqyaslı hərbi əməliyyatlara başlamasından sonra vəziyyət daha da kəskinləşdi. Bunu soyuq müharibənin artiq yeni bir forması kimi qəbul edə bilərik. 2014-cü ildən 2022-ci ilədək daha çox soyuq müharibə hiss olunurdu. Amma 2022-ci ilin fevralın 5-də bu müharibənin forması dəyişdi. Bu gün açıq şəkildə ABŞ və qərb ölkələri Ukraynaya hərbi dəstək göstərirlər və muharibələrində iştirak edirlər. Çinin bu prosesdəki rolu Rusiyanın yanında olmaqdır. Rusiya bu müharibədə çökərsə, Çini məğlub etmək o qədərdə çətin olmayacaq. Baxmayaraq ki, Çinin ordusunun şəxsi heyyəti, hərbi texnikası son illərdə olduqca çoxalıb və inkişaf edib. ABŞ qərb ölkələrinin birliyi qarşısında Çini iqtisadi cəhətdən zəiflədilə və ondan istədikləri formada istifadə edə bilərlər. Hazırki vəziyyətdə Rusiya Çin, İran, Suriya və Belarus müttəfiqliyi məhz, qərbin qarşısında duruş gətirmək üçündür”.

“Ümumiyyətlə, mən bu müharibəyə Şərq və Qərb arasında olan müharibə deyirəm və bu cür də hesab edirəm. Sözün əsl mənasında 3-cü dünya müharibəsi başlayıb. Sadəcə 1-ci və 2-ci dünya müharibələrindən fərqlənərək, daha çox hibrid müharibədir. Tərəf bir kənarda durub silahlandırır və təlimatları verir. Poligon isə Ukraynadır”, – hərbi ekspert qeyd edib.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“İsrail haqq işinə dəstək olan ölkələrdəndir”

Aynur Camal

Rusiya qüvvələri Krasnı Liman bölgəsində Ukraynanın 40-dan çox artilleriya bölməsini vurdu

Bugün TV

“Xəzri-2023” birgə taktiki təlimi başa çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu