22 C
Baku
19 Aprel 2024, 10:57
Baş xəbərDünya

“Bu gün əsas diqqət Qarabağa deyil, Sünik bölgəsinə yönəlib”

“Bu gün əsas diqqət Qarabağa deyil, Sünik bölgəsinə yönəlib. Sünikin itirilməsi həm Ermənistan, həm də İran üçün geosiyasi risklər yaradacaq”.

Bugun.tv xəbər verir ki, bu sözləri iranlı ekspert deyib.

İranın “Müasir Dünya” Araşdırmaları İnstitutunun direktoru Şüeyb Bəhmən “Qafqazda geosiyasi balans” adlı və İranla Ermənistan bayraqlarının qoyulduğu seminardakı çıxışında qərəzli fikirlər səsləndirib: “2020-ci il Qarabağ müharibəsi erməni-azəri münaqişəsindən daha böyük bir qarşıdurma idi”.

“2020-ci il Qarabağ müharibəsində iştirak edən aktorlar – İsrail, Türkiyə və təkfirçilərdən tutmuş pərdə arxasında isə ingilislər, amerikalılar və NATO-ya qədər- bütün bunlar göstərdi ki, daha böyük hadisələr baş verməkdədir və biz bu müharibəyə kiçik müharibə kimi baxmamalıyıq”,-deyə, anti-Azərbaycan eksperti əlavə edib.

Onun sözlərinə görə, aktyorların plan dəyişikliyi ilə Qarabağ məsələsi ikinci plana keçib və əsas hədəf Ermənistanın cənubuna yönəlib…

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə Məlumatı

Aynur Camal

Reklam sektorunda ÇATIŞMAZLIQLAR – “Bu sahədəki birliklər imkanlarını birləşdirməlidirlər”

Teymur Əziz

Otel yandı! 2 nəfər öldü, 10-u yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu