Razi Nurullayev, Milli Cəbhə Partiyası, Azərbaycan-Ermənistan sülhü, sülh prosesi, cəmiyyətlərarası etimad, siyasi partiyalar, Azərbaycan Ermənistan münasibətləri, Milli Məclis
Baş xəbərSosial

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında qarşılıqlı etimadın artırılmasının vacib olduğunu bildirib.

Razi Nurullayev sosial media hesabında paylaşdığı fikirlərində qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas gündəliyi dövlət rəhbərləri tərəfindən müəyyənləşdirilir və danışıqlar da məhz onların rəhbərliyi ilə aparılır. Onun sözlərinə görə, siyasi partiyalar arasında mümkün dialoq məsələsinə də ilk növbədə dövlət rəhbərliyinin mövqeyi və qərarı əsasında yanaşılmalıdır.

Deputat vurğulayıb ki, sülh yalnız dövlətlər arasında imzalanan sənəddən ibarət deyil. Onun fikrincə, əldə olunan razılaşmaların davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da sülh prosesinə müsbət yanaşması vacibdir.

Nurullayev bildirib ki, dövlət rəhbərliyi siyasi partiyaların sülhün möhkəmləndirilməsinə töhfə verməsini məqsədəuyğun hesab edərsə, MCP belə bir təşəbbüsə qoşulmağı müzakirə etməyə hazırdır. Deputat siyasi partiyaların bu prosesdə hansı formada və hansı çərçivədə iştirak edəcəyinin isə dövlət rəhbərliyinin səlahiyyətində olduğunu vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

QHT nümayəndələri “Loqos” rezidensiyasında və Qənirə Paşayevanın ev muzeyində oldular

Aynur Camal

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu