Bugun.tv xəbər verir ki, Real Madridin artıq çempionluğa ümidi yoxdur. La Liqanın 33-cü həftəsində səfərdə “Real Sosyedad”a 2:0 hesabı ilə uduzan “Real Madrid” yarışdan ayrılıb.
Beləki, İspaniya 1-ci Futbol Liqasının (La Liqa) 33-cü həftəsində “Real Madrid” səfərdə “Real Sosyedad”ın qonağı olub.
İlk yarısı 0:0 hesabı ilə başa çatan matçda “Real Sosyedad”ın qollarını yaponiyalı futbolçu Takefusa Kubo və Ander Barrenetxea vurub.
Matçın 61-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alan “Real Madrid”in müdafiəçisi Dani Karvaxal 10 futbolçu ilə komandasını tərk edib.
Son liqa çempionu “Real Madrid” 68 xal, La Liqada 82 xalla lider olan “Barselona”dan 14 xal geri qalaraq bu mövsüm çempionluq yarışı ilə vidalaşıb.
Mənbə: Cumhuriyyet