Dünyaİdman

“Real Madrid”in yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde “Liverpul”a keçə bilər. Bugun.tv xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Bildirilib ki, “Liverpul” Valverde üçün təklifini 70 milyon avrodan 90 milyon avroya yüksəldib. “Real Madrid”in prezidenti Florentino Peres təklifi qəbul edib.

Qeyd edək ki, 2022/2023 mövsümündə Valverde İspaniya klubu üçün bütün yarışlarda 56 matçda 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, bu yaxınlarda “Liverpul” “Breyton”un futbolçusu və hazırkı dünya çempionu Aleksis Mak Allisteri transfer etdiyini açıqlamışdı. 24 yaşlı mərkəz yarımmüdafiəçisi üçün mersisaydlılar təxminən 35 milyon avro ödəyib. Qırmızılar ötən mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdə başa vurub.

Bugün TV

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu