12 C
Baku
24 Oktyabr 2024, 11:16
Baş xəbərSosial

Regionlarda əlilliyi olanlar üçün yeni reablitasiya mərkəzləri açılacaq – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində 15 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Burada  əlilliyi olan şəxslərin reabilitasiyası həyata keçirilir. Onlara xidmətlər göstərilir. Bu gün keçirilən tədbir ondan ibarətdir ki, əlilliyi olan şəxslərin cəmiyyətdə inteqrasiyasını,eləcə də onlara göstərilən davranışların  həyata keçirilməsi ilə bağlı layihələr həyata keçirilməlidir və cəmiyyətə onların yenidən inteqrasiyası istiqamətində hansı layihələr görmək lazımdır və bununla bağlı müzakirələr aparmalıyıq”

Bugun.tv xəbər verir ki, bu fikirləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimai əlaqələr və kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov “Əlil Qadınlar Cəmiyyəti”nin media nümayəndələri üçün təşkil etdiyi təlimdə bildirib. Onun sözlərinə görə, əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışının təşkili bütün qurumların diqqətində olmalıdır.

Jurnalistlərə açıqlama verən Tural Qasımov yeniliklərdən və mövcud vəziyyətdən danışıb.

“Hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində reabilitasiya müəssisələrində 50-yə yaxın şəxsin cəmiyyətə inteqrasiya edilməsi məqsədilə müxtəlif cür prosedurlar həyata keçirilir. Məsələn, bizim reabilitasiya müəssisəsində hipoterapiya adlı layihələr, atlarla bağlı terapiyalar var. Əlilliyi olan şəxsləri ora cəlb etdik ki, onlar cəmiyyətdən kənar qalmasınlar. Eyni zamanda qeyd edim ki, 18 yaşınadək əlilliyi olan şəxslərə də reabilitasiya xidmətləri göstərilir. Hazırda paytaxtda 2, Qəbələ şəhərində 1 olmaqla, uşaqlarla bağlı 3 reabilitasiya mərkəzimiz var. Digər regionlarımızda – Şəmkir şəhərində, Ağcabədi və Quba rayonlarında da reabilitasiya mərkəzlərinin açılması nəzərdə tutulub”, – T.Qasımov əlavə edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Silahlı hücumu nəticəsində 4 təhlükəsizlik əməkdaşı öldürüldü

Kəmalə Sultan

“Ulu öndər, Azərbaycan xalqının müqəddəratını müəyyən edən ölməz lider Heydər Əliyevin 100 illik yubileyinə ithafən…”

Bugün TV

“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan qadın saxlanıldı  

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu