11 C
Baku
14 Noyabr 2024, 12:17
Baş xəbər

Qəbələdə “Region bələdiyyələri ilə birgə ekoloji maarifləndirmə kampaniyası”nın təşkili baş tutub

Günümüzdə aktual olan ətraf mühitin çirklənməsi problemlərinin dahada artması həyəcan doğurur.

 Bugün.tv bu barədə Sosial.tv- yə daxil olan məlumata əsasən bildirilib.

 Məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Optimist ” Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən ”Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasınin təşkili” adlı layihə çərçivəsində sonuncu maarifləndirici tədbir Qəbələ rayonunda keçirilib!

  Bu silsilədən olan tədbirlərin təşkilindəki məqsəd gələcək nəsillərə sağlam təbiət ötürmək üçün cəmiyyəti maarifləndirmək və insanları bu məsələnin həlli yolunda təcili addımlar atmaqlarına təkan verməkdir.

 Qəbələdə baş tutan tədbirdə çıxış edən layihə rəhbəri Habil Niftalı ümumi ekoloji problemlərdən olan torpalar da gedən şoranlaşmaının məhsuldarlığa verdiyi zərərlər, ətraf mühitə atılan plastik tullantıların və axıdılan çirkab suların çaylarda yaratdığı fəsadlar haqqında məsələləri gündəmə gətirib.

 “Bu məsələlər sadəcə masa arxasında müzakirə edilməməli, eyni zamanda problemlərin həlli istiqamətində hər vətəndaş öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir “-deyə Habil Niftalı vurğulayıb.

 Onun sözlərinə görə, cəmiyyətdə xüsusui ilə də yeni yetmə və gənclər arasında bu mövzuda marifləndirmə tədbirlərin aparılması onlarda ekoloji şüurun və tərbiyyənin formalaşdırılması günümüzün ən vacib tələblərindəndir.

 Dünya təcrübəsidə göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilədə yerli idarəermə qrumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən Qəbələ sakinləri hazırda bölgədə həllini tapmayan, ətraf mühitin çirklənməsinə səbəb olan problemlərdən danışıblar.

Layihənin eksperti Taleh Əliyev də çıxışında bu günün bəlasına çevrilən ekoloji problemlərin gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, cəmiyyətimizi bu mövzuların həlli istiqamətində marağını artırmaq lazımdır. Bunun üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə ediməlidir.

 Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

Bugün TV

Oxşar xəbərlər

“1970-ci illərin ən arzuolunan qadını” – aktrisa Rakel Uelç vəfat edib

Aynur Camal

Martın 26-da gözlənilən hava şəraiti

Aynur Camal

Gürcüstanda zəlzələ oldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu