Digər

Reklam smslərindən necə yaxa qurtaraq?

Gün ərzində mobil nömrələrimizə göndərilən saysız-hesabsız reklam smsləri ilə yəqin ki, siz də tanışsız.
Bugun.tv olaraq, bu istəmədiyimiz, bezdirici və əsəb verən smslərin gəlməsini dayandırmağın mümkün olub-olmadığını araşdırmaq istədik. Şəhərdə apardığımız sorğu da göstərir ki, hər kəs bu məsələdən şikayətçidir. “Bəli, bizə də belə smslər gəlir. Narahat oluruq. Elə bilirik ki, vacib bir insandan mesaj gəlir, amma açıb görürük ki, dəxlisiz mesajdır”. “Bezdirirci mesajlardır. Mənim üçün xoş deyil. Gəlməsini istəmirəm. Çünki vaxtımı alır”. “Kiminsə reklamı, malları gedir, ortada da bizim əsəblərimiz gedir. Qarşısı alınmalıdır”.
Maraqlı məqamlardan biri də həmin reklam şirkətlərinin bizim nömrələrimizi necə əldə edə bilməsidir. Ümumiyyətlə, reklam smslərindən yaxa qurtarmaq mümkündürmü?
Ümumiyyətlə, reklam smsləri göndərənlər bizim nömrəmizi necə əldə edirlər?
Hüquqşünas Rövşən Qasımov deyir ki, sözügedən şirkətlər telefon nömrələrini, adətən mobil operatorlardan götürürlər. “Bundan başqa, vətəndaşlar hansısa marketə gedəndə onlara müəyyən bir bonus kartları verilir. Həmin bonus kartlarına uyğun olaraq da, onların nömrəsi ora yazılır. Əgər vətəndaşa belə mesajları mobil operatorlar və ya sosial şəbəkələrdən müntəzəm gəlirsə, o bundan qurtulmaq üçün, sadəcə onlarə bloklayır. Ya da cavab yazmaq mümkündürsə “stop” yazır və həmin şirkətlərdən vətəndaşlara bir daha mesaj gəlmir.
Belə nəticəyə gəldik ki, reklam smslərindən tam şəkildə qurtulmaq mümkün deyil. İstifadə etdiyimiz mobil operatorla əlaqə saxlamaqla ən yaxşı halda bu cür smslərin sayını azaltmaq olar.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu