19 C
Baku
22 Noyabr 2024, 14:52
Dünya

Rekord isti temperaturdan 38 nəfər öldü

Cənubi Asiya ölkəsi Tailandda fevral ayından bu yana istilər nəticəsində ən azı 38 nəfər ölüb. Tayland Meteorologiya Departamentinin məlumatına görə, paytaxtda tarixdə ən isti aprel ayı olub və hiss olunan temperaturun bəzi yerlərdə 54 dərəcəyə çatdığı qeydə alınıb.

Tayland Səhiyyə Nazirliyinin müavini Dr. Atthapol Kaewsamrit açıqlamasında fevralın 22-dən bəri ölkədə həddindən artıq istilər səbəbindən ən azı 38 nəfərin öldüyünü və hadisələrin əksəriyyətinin açıq havada işləyənlər, xəstəlikləri olan insanlar və yaşlılardan ibarət olduğunu bildirib.

İsti dalğanın yay mövsümünün son günlərinə qədər təsirini davam etdirəcəyini bildirən Attapol, Taylandlılara və ölkəyə gələn turistlərə bir həftə ərzində günorta saatlarında lazım olmadıqca çölə çıxmamaları və bol maye içmələri barədə xəbərdarlıq edib. Taylandın Fəlakətlərin Qarşısının Alınması Departamenti (DDPM) də ölkənin 12 əyaləti üçün rəsmi xəbərdarlıq edib.

O, havanın temperaturunun bəzən 40 dərəcəni keçdiyi Yala, Phuket, Krabi, Trat, Chon Buri, Pattani, Surat Thani, Phang Nga, Rayong, Chanthaburi, Samut Prakan və Banqkokda əhaliyə lazımi ehtiyat tədbirlərini görmələri barədə xəbərdarlıq edib.

Mütəxəssislər bildirirlər ki, ölkədə normal olaraq may ayında başlayan yağışlı mövsümün ləngiməsi dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Atışma oldu, nəticədə 5 nəfər yaralandı

Aynur Camal

Ukrayna Baş Qərargahı Klişçiyevka kəndinin azad edildiyini açıqladı

Bugün TV

İsrailin baş naziri Netanyahu İrana mesaj verdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu