26 C
Baku
19 İyul 2024, 0:42
Dünya

Restoran sahibindən inanılmaz sayğac!

Restorandan evinə yemək sifariş edən qadın qəbzə baxanda təəccüblənib.

Hadisə Avstraliyada baş verib. Yemək sifariş edən istehlakçı sosial şəbəkə platforması Reddit-də təcrübələrini bölüşdükdən qısa müddət sonra bu mövzu gündəmə gəlib. Hadisə zamanı Avstraliyada bir restorandan ətli düyü və qazlı içkilər sifariş edən müştəri 40,97 dollar ödəyib.

Lakin hesabın gözlədiyindən 4 dollar baha olmasına təəccüblənən istehlakçı qəbzə baxanda gördüklərinə təəccüblənib. Çünki restoran sahibi əlavə komissiya götürüb.

Menyuda yazılmasa da, operator həm kredit kartının komissiya haqqını, həm də hesabın 10 faizini “Şənbə komissiyası” adı ilə istehlakçıdan yığıb. İstehlakçılar bu vəziyyətə reaksiya verib və vəziyyəti sosial şəbəkədə paylaşıblar.

 Bir çox sosial media istifadəçisi bu vəziyyətə reaksiyalarını gizlədə bilməyib və bizneslərin bu mövzuda məlumat açıqlamasından istifadə etməli olduqlarını bildiriblər.

Bəzi istifadəçilər isə “Əvvəllər müəssisələr bu cür məlumatları əvvəlcədən verirdilər, indi isə gizlədiblər. Artıq menyuda yazılan qiymətlərlə ödəniş edilmir” deyib.

Başqa bir istifadəçi “Həftə sonu əlavə ödəniş məni də narahat edir. Restoranda nəfəs alma komissiyası da almalıdırlar” şərhini yazıb.

Qeyd olunur ki, Avstraliyada həftə sonu əlavə komissiya çox yüksək olur və kredit kartı ilə ödəniş edən müştərilərə əlavə komissiya əlavə edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İmperator pinqvinləri üçün “buz qırılması” təhlükəsi

Aynur Camal

Husilər ABŞ və Böyük Britaniya Hudeyda şəhərinə 6 hava zərbəsi endirdi

Bugün TV

 “UFO yoxsa səkkizguşəli casus şarı?”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu