DünyaSiyasət

Reuters: Trampın yeni tarif planı mübahisələrə səbəb olub

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump məcburi əməyin qarşısının alınması istiqamətində kifayət qədər addım atmayan ölkələrə qarşı yeni gömrük rüsumları tətbiq etməklə hədələyib.

Reuters agentliyinin məlumatına görə, Vaşinqton təxminən 60 ölkədən idxal olunan məhsullara əlavə 10–12,5 faiz tarif tətbiq etməyi nəzərdən keçirir. ABŞ administrasiyası hesab edir ki, həmin ölkələr məcburi əmək və müasir köləliklə mübarizədə yetərli səylər göstərmirlər.

Lakin ticarət və insan hüquqları üzrə ekspertlər bu təşəbbüsün effektivliyini şübhə altına alıblar. Onların fikrincə, tariflərin artırılması qlobal təchizat zəncirində uşaq əməyinin və məcburi əməyin aradan qaldırılmasına ciddi təsir göstərməyəcək.

İnsan Hüquqları Müşahidəçisi (Human Rights Watch) nümayəndələri də bildiriblər ki, belə addımlar bəzi ölkələrdə əks reaksiyaya səbəb ola və problemin həllini daha da çətinləşdirə bilər.

Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, hazırda dünyada təxminən 27,6 milyon insan məcburi əmək şəraitində çalışır. Bu göstərici 2016-cı illə müqayisədə 2,7 milyon nəfər çoxdur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qlobal ərzaq qiymətləri son 3 ilin zirvəsinə yaxın səviyyədə qalır

Aynur Camal

İran XİN açıqladı: Ali lider niyə ictimaiyyət qarşısına çıxmır

Aynur Camal

PFAS və mikroplastiklər içməli su üçün ciddi təhlükə yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu