Baş xəbərMaraqlı faktlar

Roma Papası Fransisk qadın məhbusların ayaqlarını yudu!

Bugun.tv xəbər verir ki, katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində 12 qadın məhbusun ayağını yuyub.

Tədbir “Müqəddəs Cümə axşamı” günündə Romadakı Rebbibia həbsxanasında gerçəkləşib. O, 12 qadın məhbusun ayaqlarını yuyub və sonra öpüb.

Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, peru və bosniya-herseqovinalı olduğu bildirilib. Bununla da o, Hz. İsanın çarmıxa çəkilməsindən bir gün əvvəl məhəbbətini göstərmək üçün 12 şagirdinin ayaqlarını yuması ilə başlayan Pasxa mərasimini təkrarlamaq istəyib.

Əvvəlki papalardan fərqli olaraq Papa Fransisk keşişlərin yerinə, ehtiyacı olanların və ya məhbusların ayaqlarını yumağa üstünlük verir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Türkiyədə zəlzələdə ölənlərin sayı artmaqda davam edir-VİDEO

Nigar Məmmədova

Margot Robbie “Barbie 2” filminə maraq göstərmədi

Teymur Əziz

Azərbaycanda iki nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu