Dünya

Romada Nizami Gəncəvinin abidəsini ziyarət edildi

Bugun.tv– xəbər verir ki, İtaliyaya səfəri çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və mədəniyyət və incəsənət nümayəndələri Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.

Azərbaycan nümayəndə heyəti abidənin önünə gül dəstələri düzüb.

Qeyd edək ki, bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Abidənin müəllifləri Xalq rəssamları Salxab Məmmədov və Əli İbadullayevdir.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Portuqaliya biomüxtəlifliyi qorumadığı üçün Aİ məhkəməsi tərəfindən 10 milyon avro cərimələnib

Aynur Camal

ABŞ vətəndaşlarına İraqı tərk etmək çağırışı edib

Aynur Camal

İran XİN rəhbəri: Naxçıvandakı PUA hücumunun arxasında İsrail ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu