Image default
Baş xəbərMaraqlı faktlar

Romada Trevi Çeşməsinə giriş pullu oldu

Bugun.tv xəbər verir ki, İtaliyanın paytaxtı Roma şəhərinin dünyaca məşhur simvollarından biri olan və “Aşk Çeşməsi” kimi tanınan Trevi Çeşməsinə turistlər üçün ödənişli giriş sistemi tətbiq olunmağa başlayıb.

Roma meriyası tərəfindən daha əvvəl elan edilən qərar bu gündən etibarən qüvvəyə minib.

Yeni qaydalara əsasən, Trevi Çeşməsini yaxın məsafədən görmək və əsas hovuzun ön hissəsinə daxil olmaq istəyən turistlər həftəiçi günlərdə saat 11:30–22:00 aralığında 2 avro giriş haqqı ödəməlidir.

Həftəsonları isə ödənişli saatlar 09:00–22:00 arası müəyyən edilib. Gecə saat 22:00-dan səhərə qədər isə abidəni pulsuz ziyarət etmək mümkün olacaq.

Roma sakinləri və şəhərdə rəsmi qeydiyyatda olan şəxslər, əlilliyi olanlar, 6 yaşadək uşaqlar və bələdçi ilə gələn turist qrupları giriş haqqından azad edilib.

Roma Bələdiyyəsinin turizm üzrə məsul üzvü Alessandro Onorato bildirib ki, bu simvolik abidəyə giriş üçün müəyyən edilən 2 avroluq ödəniş illik təxminən 6 milyon avro gəlir gətirə bilər. Onun sözlərinə görə, toplanan vəsait Trevi Çeşməsinin qorunması, təhlükəsizliyin artırılması və yeni iş yerlərinin yaradılmasına yönəldiləcək.

Rəsmi şəxslər vurğulayıb ki, bilet sistemi həm də həddindən artıq turist axınının qarşısını almağa və abidənin təhlükəsiz şəkildə ziyarət olunmasına imkan verəcək.

Qeyd edək ki, XVIII əsrdə italiyalı memar Nikola Salvi tərəfindən inşa edilən Trevi Çeşməsi hər il milyonlarla turist tərəfindən ziyarət olunur və romantik filmlərə ev sahibliyi etdiyi üçün “Aşk Çeşməsi” adı ilə tanınır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Atlantik okeanının 72 metr dərinliyində yol qovşağı tikildi: 64 dəqiqəlik yol 16 dəqiqəyə endi

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

Kapsul endoskopiyası: Mədə və bağırsaqlar borusuz müayinə oluna bilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu