24 C
Baku
11 Sentyabr 2025, 10:07
Baş xəbərHadisə

Ruhi-əsəb dispanserindən 53 yaşlı kişi itkin düşdü  

Bugun.tv xəbər verir ki, Sabunçu rayonunda ruhi-əsəb dispanserində qeydiyyatda olan 53 yaşlı kişi itkin düşüb. O, Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan 53 yaşlı Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxıb, bir daha geri dönməyib. Bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175-sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur. Yaxınlarının polisə verdiyi məlumata görə itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır.

Q.Məmmədovu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Sabunçu Rayon İdarəsinin 12-ci Polis Şöbəsinin 012-450-02-02 və 055-805-93-93 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

BuGün TV

Oxşar xəbərlər

2 FETÖ üzvü Yunanıstana qaçmaq istəyərkən tutuldu

Kəmalə Sultan

Şəhərində rabitə və internet xidmətləri kəsildi

Aynur Camal

1 kiloqramdan artıq heroin aşkar edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu