20 C
Baku
13 Sentyabr 2025, 22:49
Dünya

Rumıniya Ukrayna yaxınlığındakı hava bazasını genişləndirir

Rusiya prezidenti Vladimir Putini qəzəbləndirəcək addım Rumıniyadan gəlib. Belə ki, Rumıniya Ukrayna sərhədi yaxınlığında yerləşən Mixail Koqalniçeanu aviabazasının genişləndirilməsi layihəsinə başlayıb. Ölkə mətbuatının məlumatına görə, Rumıniya hərbi bazanın genişləndirilməsi və modernləşdirilməsi layihəsinə təxminən 2,7 milyard dollar büdcə ayırıb.

Baza komandiri, polkovnik Nikolae Cretu bəyan edib ki, “Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisini və 2014-cü ildə Krımı ilhaq etməsi genişlənmə qərarında təsirli olub”.

Layihə çərçivəsində yeni uçuş-enmə zolağı, mühafizə qülləsi və mövcud və gələcək hərbi texnikanın saxlanması üçün əlavə anqarlar tikiləcək.

Bazanın genişləndirilməsi ilə NATO-nun Avropadakı ən böyük hava bazalarından biri olacağı təxmin edilir. Hərbi bazanın Qara dənizə birbaşa çıxışı olsa da, Rusiya ərazisinə yaxınlığı da diqqəti cəlb edir.

Mənbə: TGRT

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Yeni nizamın formalaşmasında dövlətimizin özünəməxsus rolu var

Aynur Camal

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında tarixi razılaşma regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır

İntizar Əmirova

Tablet istifadəsi uşaqların qəzəbinə səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu