Dünya

Həcc ziyarəti zamanı ölənlərin sayı artıb

Müqəddəs torpaqlarda həcc ziyarəti zamanı həyatını itirənlərin sayı artaraq 1301 nəfərə çatıb. Səudiyyə Ərəbistanından verilən açıqlamada həyatını itirənlərin həcc üçün qeydiyyatdan keçmədiyi iddia edilib. Səudiyyə Ərəbistanının Məkkə şəhərində həcc ziyarəti zamanı kəskin istilər səbəbindən həyatını itirənlərin sayı artıb. Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən verilən açıqlamada ölənlərin sayının 1301-ə yüksəldiyi bildirilib. Həyatını itirənlərin əksəriyyətinin Həcc ziyarəti üçün qeydiyyatdan keçmədiyi iddia edilib. Səudiyyə Ərəbistanının Səhiyyə Naziri Fəhd Əl-Cəlajel verdiyi açıqlamada həyatını itirənlərin yüzdə 83-nün kifayət qədər sığınacaq və ya qoruma olmadan birbaşa günəş işığı altında uzun məsafələri piyada getmiş insanlar olduğunu bildirib. Əl-Cəlajel builki Həcc rəhbərliyini “uğurlu” kimi şərh edərkən, 465 mindən çox insana xüsusi müalicə xidmətinin göstərildiyini, onlardan 141 mini Həcc ziyarətinə rəsmi icazə almadığını bildirib.

Misir kabinetinin rəsmisi ölən zəvvarların təxminən yarısının misirli olduğunu bildirib.

Səudiyyə rəsmiləri bu il müqəddəs torpaqları 1,8 milyon zəvvarın ziyarət etdiyini, zəvvarların isə 1,6 milyonunun xaricdən gəldiyini açıqlayıb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu