28 C
Baku
9 İyul 2025, 12:01
Baş xəbərDünya

Rus əsgərləri geri çəkildi!: Ukrayna üçün 6 ayda ən böyük qazanc..

Xarici KİV-nin verdiyi məlumata əsasən, Rusiya qoşunları Baxmutda “müdafiə mövqelərinə” çəkildi.

Ukrayna isə Baxmut ətrafında təxminən 2 km irəlilədiyini və bu həftə heç bir mövqe itirilmədiyini açıqlayıb.

Bir çox Qərb mediası son hadisələrlə Ukraynanın çoxdan gözlənilən yaz hücumunun başladığını yazıb…

Rusiyanın bəyanatı Kiyev qüvvələrinin bu həftə Baxmut ətrafında təqribən 2 km irəlilədiyini elan etməsindən bir neçə saat sonra gəldiyi bir vaxtda Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar deyib: “Düşmən böyük canlı qüvvə itkisinə məruz qalıb. Qoşunlarımız Baxmut ərazisində 2 km irəliləyib. Bu həftə Baxmutda heç bir mövqe itirməmişik” deyə bəyanat verib.

Baxmutda ərazilərin geri alınması Ukraynanın son altı ayda əldə etdiyi ən böyük qazancı kimi şərh edilib.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlıların kütləvi şəkildə soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb

Aynur Camal

Hücumu nəticəsində doğuşa bir neçə saat qalmış körpə öldü

Aynur Camal

Avtomobil idarəetmədən çıxaraq aşdı: 2 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu