3 C
Baku
14 Dekabr 2025, 23:25
Baş xəbərSosial

Rusiya Ulu Öndərin 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxacaq

Bugun.tv xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Moskva şəhərində Rusiya Nəqliyyat Universiteti tədbir keçirib.

Bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, tədbir zamanı Ümummilli Liderin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna xidmətlərindən danışılıb.

Sonra Rusiya tərəfindən Ulu Öndərin 100 illiyi ilə bağlı dövriyyəyə buraxılacaq poçt markasının möhürlənməsi mərasimi keçirilib.

Mərasimdə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin də iştirak edib.

Sonda nazir Rəşad Nəbiyev Rusiya Nəqliyyat Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə ilə səmimi görüşlər keçirdiyini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Tarlada yanğın oldu

Bugün TV

Q.Məhərrəmli:”Bu imperiya həmişə Azərbaycana qarşı ikiüzlü siyasət yeridib”

Aynur Camal

Sberin ağıllı üzüyünün satışı təxirə salındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu