14 C
Baku
15 Noyabr 2025, 13:26
Dünya

Rusiya ərazisində kaset sursatlarından istifadə edilməyəcək

Bugun.tv xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksii Reznikov bəyan edib ki, ABŞ-ın verdiyi kaset sursatları Rusiya torpaqlarında istifadə edilməyəcək. Nazir Reznikov, mülki əhali üçün risklərin qarşısını almaq üçün şəhərlərdə kaset sursatlarından istifadə etməyəcəklərinə diqqət çəkərək, bu açıqlamaları verdi: “Kaset sursatları yalnız Rusiya ordusunun cəmləşdiyi ərazilərdə istifadə olunacaq. Bu sursatlar əsgərlərimizin həyatı üçün minimal risklə düşmənin müdafiə xəttini yarmaq üçün istifadə olunacaq. Hətta son dərəcə çətin hücum əməliyyatları zamanı da bizim əsgərlərimizin həyatını xilas etmək mümkün olacaq. əsgərlər bizim əsas prioritetimiz olaraq qalır”.

TRT Haberin məlumatına görə, Ukraynanın kasetli sursatların istifadəsi və istifadə olunacaq yerli ərazilərin ciddi qeydini aparacağına işarə edən Reznikov, “Bu qeydlərə əsasən, qələbəmizdən sonra torpaqlarımızın işğaldan azad edilməsi və minalardan təmizlənəcək” dedi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

ABŞ tarixində ən uzunmüddətli hökumət böhranı! Hava limanlarında xaos yaranacaq

Aynur Camal

Yük maşını aşdı, yol bağlandı

Bugün TV

127 il əvvəl Almaniyaya qaçaq yolla gətirilən artefaktlar qaytarıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu