Baş xəbərSiyasət

“Rusiya -ABŞ danışıqları nəticəsiz olacaq”

“ABŞ prezidentinin xüsusi nümayəndəsi S. Uitkof və kürəkəni C. Kuşnerin Kremldə Rusiya prezidenti V. Putinlə keçirdiyi görüşdə üçtərəfli formatda danışıqların aparılması ilə bağlı razılıq əldə edilsə də, Donbas məsələsi açıq qalmaqdadır”- Bugun.Tv– xəbər verir ki, bu barədə açıqlamanı siyasi ekspert Məhəmməd Əsədullazadə öz  sosial media hesabında  paylaşım edib.

Ekspert qeyd edib ki, Rusiya və ABŞ Donbas mövzusunda müəyyən anlaşmaya gəlib. Xüsusilə, ötən il Ankoricdə keçirilən V. Putin–D. Tramp görüşündə ərazi güzəştləri ilə bağlı razılaşmanın əldə olunduğu iddia edilir.

Hazırda isə Əbu-Dabidə keçirilən üçtərəfli görüşlərdə Rusiya Donbas məsələsində mövqeyindən geri çəkilmir. Donbasın güzəştə gedilməsi Moskva üçün taktiki qələbə ola bilər. Ona görə də Rusiya danışıqlarda kiçik qələbədə olsa, əldə etmək istəyir. Bununla belə, Rusiyanın ərazi məsələlərində güzəştə getməkdən imtina etməsi müharibənin uzanmasına və danışıqlar prosesinin dalana dirənməsidir. Bu danışıqlar prosesində ABŞ yenidən Ukrayna rəhbərliyinə təzyiqlər edəcək.

Aynur Camal

Oxşar xəbərlər

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi

Aynur Camal

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

CNN: ABŞ və İran razılaşmasından bir həftə sonra tərəflərin əsas qazancı nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu