13 C
Baku
18 Aprel 2026, 2:41
Digər

Rusiya ABŞ-ın yeni sülh planının əsas parametrlərini aldığını açıqladı

Rusiya ABŞ və Ukrayna tərəfindən müzakirə edilən yeni sülh planının əsas parametrlərini aldığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, sənədin ilkin versiyası 28 bənddən ibarət olsa da, sonradan 22 bəndə qədər qısaldılıb.

Məlumata görə, sənədin əvvəlki variantında Krımın, Donetsk və Luqanskın faktiki olaraq Rusiya ərazisi kimi tanınması, Ukrayna Silahlı Qüvvələrinin Donbasın qalan hissəsindən çıxarılması və Kiyevin NATO-ya üzvlük planından imtina etməsi kimi müddəalar yer alıb.

Dmitri Peskov deyib ki, Moskva sənədi artıq alıb və gələn həftə ABŞ tərəfindən təqdim olunan “sülh planı” üzrə danışıq aparılacaq.

Bununla belə, Rusiya Prezidenti Vladimir Putin hazırkı Ukrayna hakimiyyətini “legitim saymadığını” açıqlayıb və belə bir razılaşmanın imzalanmasını “məntiqsiz” adlandırıb. Kremlin mövqeyinə görə, danışıqlar yalnız diplomatik çərçivədə və beynəlxalq oyunçuların iştirakı ilə mümkün ola bilər.

Gərginliyin artdığı bir zamanda yayılan bu açıqlama regiondakı vəziyyətə təsir edə biləcək mühüm diplomatik addım kimi qiymətləndirilir. Son sutkada Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin 136 Ukrayna PUA-sını vurduğu bildirilib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Aynur Camal

Hindistan Rusiyaya 3 minə qədər əsgər göndərə biləcək – yeni hərbi razılaşma

Aynur Camal

Avropada hökumətlər dövlət işçilərinin WhatsApp və Signal istifadəsini məhdudlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu