15 C
Baku
24 Oktyabr 2025, 4:26
Baş xəbərDünya

Rusiya: Biz BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qərarının həyata keçirilməsini istəyirik

Bugun.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Fələstin dövlətinin yaradılması ilə bağlı qətnamələrinin İsrail-Fələstin münaqişəsi bitən kimi yerinə yetirilməsini tələb edib.

TRT Haber-in məlumatına görə, Lavrov Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra Rusiya mətbuatına açıqlama verib. Görüşdə İsrail-Fələstin münaqişəsinin müzakirə edildiyini deyən Lavrov MDB-yə üzv ölkələrin münaqişələrin və danışıqların dayandırılmasının tərəfdarı olduğunu bəyan edib. Münaqişənin sona çatmasından sonra yaranacaq vəziyyətlə bağlı gözləntilərini ifadə edən Lavrov, “Ümid edirik ki, bu münaqişə sona çatan kimi hər kəs BMT Təhlükəsizlik Şurasının Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının yerinə yetirilməsi üçün öz məsuliyyətini ciddi şəkildə yerinə yetirəcək. Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi prinsiplərdir”- dedi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib

Aynur Camal

İngiltərə döyüş meydanına çevrildi! Onlar polis maşınını aşırıb və avtobusu yandırıblar

Aynur Camal

Politoloq Tural İsmayılov: “Fransadan Azərbaycana qarşı hər zaman təzyiqlər və təxribatlar görmüşük”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu