Ukraynanın Rusiya ordusunu Çernobıl Atom Elektrik Stansiyasına hücum etməkdə ittiham etməsini “təxribat” adlandıran Kremlin sözçüsü Dmitri Peskov, “Nüvə infrastrukturuna hücumdan söhbət gedə bilməz. Rusiya ordusu bunu etmir” deyib. Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
ABŞ rəsmilərinin Ukraynaya əsgər göndərmə variantının müzakirə mövzusu olduğuna dair şərhlərini dəyərləndirən Peskov, “Bunlar daha əvvəl dilə gətirilməyən yeni ifadələrdir. Ona görə də təmaslarımız zamanı bu mövzuda bəzi əlavə açıqlamalar alacağımızı gözləyirik” deyib.
Ukraynanın Rusiya ordusunun Çernobıl Atom Elektrik Stansiyasına hücumu ilə bağlı açıqlaması ilə bağlı sualı cavablandıran Peskov, “Yeni bir təxribat və hiylədən danışırıq. Bu, Kiyev rejiminin sevdiyi və etməkdən çəkinmədiyi bir şeydir. Nüvə infrastrukturuna hücumdan söhbət gedə bilməz. Rusiya ordusu bunu etmir” deyib.
Peskov Ukraynanın mülki infrastrukturlara hücumlarını davam etdirdiyini və bununla da danışıqlar prosesini pozmaq istəyə biləcəyini iddia edib.
ABŞ prezidenti Donald Trampın Rusiyanı yenidən G7 strukturunda görmək istədiyi ilə bağlı açıqlamasını dəyərləndirən Peskov, “Biz G7-nin əhəmiyyətini itirdiyini dəfələrlə söyləmişik. Qlobal inkişaf mərkəzləri dünyanın digər bölgələrinə keçdi. Bu kontekstdə G20-də konstruktiv işlərimizi davam etdirməkdə daha maraqlıyıq” deyib.
Peskov ABŞ, Rusiya və Ukraynadan bəzi rəsmilərin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə biləcəyi ilə bağlı iddiaları şərh etmədi.
Mənbə: HaberGlobal