16 C
Baku
7 Aprel 2026, 16:35
Digər

Rusiya Buşehr AES-dən işçilərini təxliyə edib

TASS-ın yaydığı məlumata görə, Rusiya İran ərazisində yerləşən Buşehr Atom Elektrik Stansiyasındən öz vətəndaşlarını təxliyə edib.

Məlumata əsasən, stansiyada çalışan 175 nəfərlik rusiyalı işçi qrupu Yerevandan Moskvaya xüsusi reyslə yola salınıb. Təxliyə olunan şəxslər İran-Ermənistan sərhədində yerləşən Norduz–Aqarak keçid məntəqəsindən keçərək Ermənistan ərazisinə daxil olublar.

Rosatom dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bildirib ki, təxliyə prosesi ABŞ-ın Buşehr ətrafına endirdiyi zərbədən təxminən 20 dəqiqə sonra başlayıb. Onun sözlərinə görə, ilkin mərhələdə 198 nəfər avtobuslarla sərhədə çatdırılıb.

Rusiya səfirliyi Ermənistan hakimiyyətinə göstərilən dəstəyə və operativ təşkilati yardıma görə təşəkkür edib. Eyni zamanda vurğulanıb ki, İran tərəfi də işçilərin təhlükəsiz şəkildə çıxarılması üçün mühüm addımlar atıb.

Bununla yanaşı, qeyd olunub ki, Buşehr AES-in birinci enerji bloku fəaliyyətini davam etdirir və müəyyən sayda işçi hələ də obyektdə qalır. Bəzi əməkdaşların isə İranda işləməyə hazır olduqları bildirilib.

Qeyd edək ki, təxliyə qərarı bölgədə artan hərbi gərginlik fonunda qəbul olunub.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Luqanskın tam işğalını iddia edir – reallıq isə fərqlidir

Aynur Camal

The Times: Müctəba Xamenei ağır yaralanıb – iddia

Aynur Camal

CNN: Trampın açıqlamalarının bir hissəsi həqiqəti əks etdirmir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu