Digər

The Times: Müctəba Xamenei ağır yaralanıb – iddia

Britaniyanın The Times nəşri Müctəba Xameneinin ağır yaralandığını və hazırda Qum şəhərində müalicə aldığını iddia edib.

Məlumata görə, xəbərdə bu iddia ABŞ və İsrail kəşfiyyat orqanlarının Körfəz ölkələri ilə paylaşdığı diplomatik qeydə əsaslandırılır. Bildirilir ki, Müctəba Xamenei atasına qarşı həyata keçirilən hücum zamanı ağır xəsarət alıb və bu səbəbdən ölkədə qərar qəbul etmə proseslərində iştirak edə bilmir.

Qeyd olunur ki, sözügedən hücum nəticəsində Əli Xamenei-nin həyatını itirdiyi də iddialar arasında yer alır.

Xəbərdə həmçinin vurğulanır ki, ABŞ və İsrail kəşfiyyat orqanlarının Müctəba Xameneinin yerləşdiyi məkanı əvvəlcədən bildiyi, lakin bu məlumatların indiyədək ictimaiyyətə açıqlanmadığı qeyd olunur.

Hadisələrin fonunda İran ilə ABŞ və İsrail arasında davam edən hərbi gərginlik regionda vəziyyəti daha da mürəkkəbləşdirir.

Rəsmi mənbələr tərəfindən isə bu iddialarla bağlı hələlik təsdiq və ya təkzib verilməyib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu