10 C
Baku
21 Dekabr 2024, 16:57
Baş xəbər

Rusiya Dağ Yəhudiləri İcmasının rəhbəri Azərbaycanı təbrik etdi

Bugün.tv xəbər verir ki, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) prezidenti German Zaxaryayev Azərbaycan xalqını 28 may Müstəqillik Günü münasibətilə təbrik edib.

“Müstəqillik günün mübarək, Azərbaycan!
 

Dağ yəhudiləri icması adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının vətəndaşlarını milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
 

Azərbaycan suveren dövlət kimi mövcud olduğu 30 il ərzində çox şeyə nail olub, özünü regional dövlət kimi təsdiq edib, iqtisadiyyatını inkişaf etdirib, öz sakinləri üçün layiqli həyat səviyyəsinə nail olub, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, xalqlar özlərini mehriban ailənin bərabərhüquqlu üzvləri kimi hiss edirlər.


Bu, müstəqil Azərbaycanda öz mədəniyyətini və dilini inkişaf etdirmək, öz inancını və adət-ənənələrini qorumaq üçün hər cür imkana malik olan dağ yəhudi icmasına da aiddir.
Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyi dramatik məqamda dağ yəhudi icmasının nümayəndələri də bütün millətlərdən olan döyüş yoldaşları ilə birlikdə doğma vətən uğrunda savaşdılar.


Bayramın mübarək, Azərbaycan! Torpağınız bərəkətli, səmanız dinc və təmiz olsun!”.

Bugün TV

Oxşar xəbərlər

Dünya ulduzu Hulk Super Liqaya gəlir

Teymur Əziz

Putin: “Əgər bütün şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq”

Teymur Əziz

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu