Sosial

Komada olan qazi vəfat etdi

Bugün.TV-nin Tərtər bölgəsi üzrə əməkdaşının verdiyi məlumata görə  Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan N saylı hərbi hissənin  qulluqçusu Qəhramanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb. Xatırladaq ki, o, 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdu. Şəhid doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, Şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

21 Oktyabr – Vətən Müharibəsi İştirakçısı Xəqani Muradovun Həyatına Yenidən Başladığı Gün

Aynur Camal

Məhluqə Qaramanlının rəhbərlik etdiyi təşkilatın təcrübəsi beynəlxalq platformada işıqlandırıldı

Aynur Camal

“Müəllimlərə əl qaldırmaq gələcəyimizə əl qaldırmaqdır!”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu