Baş xəbərDünya

Rusiya elan edir: Ukrayna enerji infrastrukturlarına hücumu davam etdirir

Rusiya Müdafiə Nazirliyi Ukraynanın ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib. Açıqlamada hücumlar səbəbilə elektrik kəsilməsinin yaşandığı və Krımda təbii qaz anbarına da İHA hücumu edildiyi qeyd edilib. Nazirlikdən verilən yazılı açıqlamada Ukraynanın dünən axşam saatlarında və bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Bryanskda elektrik infrastrukturuna hücumlar təşkil etdiyi bildirilib.

Açıqlamada hücumlar səbəbilə elektrik kəsilməsinin yaşandığı və Krımda təbii qaz anbarına da İHA hücumu edildiyi qeyd edilib.

Açıqlamada Ukrayna rəsmilərinin enerji obyektləri ilə bağlı atəşkəs razılaşması ilə bağlı açıqlamalar verdiyi, lakin buna baxmayaraq sözügedən hücumların davam etdiyi vurğulanıb.

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb. Kreml ABŞ-la əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukraynada neft emalı zavodları və enerji boru kəmərləri kimi obyektlərə hücumların dayandırılacağını açıqlamışdı.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Hərbi helikopter qəzaya uğradı: 9 əsgər həyatını itirdi

Aynur Camal

Deputat Vüqar İskəndərov seçicilərlə görüş keçirdi – FOTO

Aynur Camal

“Uçan superkompüter” istehsal edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu