27 C
Baku
27 İyul 2024, 3:37
Dünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

BƏƏ-nin vasitəçiliyi ilə müharibə şəraitində olan Ukrayna ilə Rusiya arasında 150 nəfərlik əsir mübadiləsi baş tutub. Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində əsir götürülmüş 75 rus əsgərinin müqabilində 75 ukraynalı əsgərin azad edildiyini bildirib.

Nazirlikdən verilən açıqlamada Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi ilə bağlı məlumat verilib.

Açıqlamada Ukraynadan əsir götürülən 75 rus əsgərinin geri alındığı, bunun müqabilində isə 75 Ukraynalı əsir əsgərin Ukrayna Silahlı Qüvvələrinə verildiyi bildirilib.

Açıqlamada məhbus mübadiləsinin BƏƏ-nin vasitəçiliyi ilə həyata keçirildiyi bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabındakı paylaşımında Rusiyanın əsir götürdüyü 75 əsgərin Ukraynaya qaytarılmasını təmin etdiklərini açıqlayıb.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

İspaniyada ənənəvi Las Luminarias festivalında atlar atəşin içindən keçirilib

Aynur Camal

“Azərbaycan millətinin İran xalqının qəlbində yeri var”

Aynur Camal

Motosiklet aşıb: 1 uşaq öldü, 2 uşaq yaralandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu